LAYİHƏ VƏ DİZAYN ŞƏRTLƏRİ

Dizayn layihəsi aşagıdakı mərhələlərlə aparılır:

1. Sizə hal hazırda təmir olunan və ya təmiri tamamlanmaq üzrə olan obyektlər göstərilir. 2. Texniki tapşırıq: Texniki tapşırıga obyektə (mənzil,ofis,restoran və s.) və dizayna olan tələblər, dizayn üslubun müəyyən edilməsi aiddir. Misal olaraq mənzildə əlavə otaqların ayrılması və ya müxtəlif zonaların birləşdirilməsi kimi tələbləri texniki tapşırıga aid etmək olar. 3. Ölçmə işləri, mənzilin fotofiksasiyası və öyrənilməsi. Obyekt (mənzil,ofis,restoran və s.) ölçülərək daşıyıcı konstruksiyalar və komunikasiya xətləri nəzərə alınır. Obyektin fotoları çəkilir. 4. Yenidən planlaşdırma. Bu hissəyə mövcud və yenidən tikiləck divarların planı həmçinin mebellərin yerləşim planı daxildir. Planlar bir neçə variant olaraq hazırlanır. 5. Dizayn və Vizuallaşdırma. Bəyənilən üsluba əsasən dizayn ideyanın komputer qrafikası vasitəsi ilə şəkilləri hazırlanır. Obyektin işıqlanması, istifadə olunan materiallar və formalar bu şəkillərdə öz əksini tapır. 6. Texniki planlar: Bu hissəyə yeni divarların, alçıpan planı, elektrik, santexnika, işıqlandırma avadanlıqlarının yerləşim planı daxildir. Mebellərin texniki planları bu hissəyə daxil deyil. 7. Müəllif nəzarəti: Müəllif nəzarətinə təmir zamanı texniki planların izah olunması, təmirdən sonra divar kagızı, parket, laminat, kafel, pərdə, mebel və s. aksesuarların seçilməsi daxildir. Materiallar, rənglər, mebel və aksesuarlar dizayn proyektdə göstərilən şəkildə seçilir. Seçim zamanı sifarişçinin tələbi ilə dizayn proyektdə göstərilənlərdən kənara çıxma qəbul edilməzdir. 8. Müddət: Dizayn layihənin hazırlanma müddəti 100-200 kv.m mənzillər üçün 30-45 gündür. Fərqli sahə və təyinata malik olan obyektlər üçün dizayn layihənin hazırlanma müddəti texniki tapşırıq verildikdən sonra təyin edilir. 9. Qiymətlər: Qiymətlər sahələrə və üslublara uygun olaraq yuxarıdakı kimidir. Daha dəqiq qiymət texniki tapşırıq verildikdən sonra təyin edilir. Dizayn proyektə başlamazdan öncə layihə dəyərinin 50%-i, tamamlandıqdan sonra isə qalan hissə odənilir.